İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.Görüşdə Azərbaycan-Vatikan əlaqələrinin inkişafı, dinlərarası dialoq və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Söhbət zamanı Azərbaycanın multikulturalizm və tolerantlıq modeli kimi rolu, eləcə də Heydər Əliyev Fondunun Vatikanla əməkdaşlığı qeyd olunub.
16 iyun 2026

