İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
Prezidenti İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb. Tərəflər iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul edib.
13 fevral 2026

