Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində müasir texnologiyaların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunmasının ciddi narahatlıq doğurduğunu bildirib.Dövlət başçısı qeyd edib ki, rəqəmsal imkanlardan, o cümlədən süni intellektdən bədniyyətli istifadə radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə imkanlarının genişlənməsinə və yeni tərəfdarların cəlb olunmasına şərait yaradır.Terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır.Prezident vurğulayıb ki, belə şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin əsas istiqamətlərindən biri olaraq qalmalıdır.
22 sentyabr 2026

