Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın iştirakçılarına müraciətində bildirib ki, Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən hərbi təcavüzü nəticəsində 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb.İşğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib. İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Ermənistanın müvafiq məlumatları təqdim etməsi və arxivlərin açılmasına şərait yaratması vacibdir.Azərbaycan-Ermənistan arasında sülh sazişinin paraflanması bu istiqamətdə mühüm addımdır. Dayanıqlı sülh etimadın möhkəmləndirilməsini və münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasını tələb edir.Prezident bildirib ki, Azərbaycan itkin düşmüş şəxslərin axtarışını davam etdirəcək və bu məsələdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri hesab edir. O, deyib ki, Azərbaycan 2002-ci ildən etibarən BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə təşəbbüsləri ilə çıxış edir. Prezident həmçinin BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılmasını təklif edib.
07 oktyabr 2026

