İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfiri Luis Morsinqi qəbul edib.Görüşdə Azərbaycan-İsveç münasibətlərinin inkişafı, investisiya, ticarət və biznes sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.Luis Morsinq Azərbaycan-Ermənistan sülh gündəliyi üzrə əldə olunan nailiyyətləri yüksək qiymətləndirib və Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları təqdir edib.Görüşdə həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləri və ikitərəfli əməkdaşlığın digər istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
23 sentyabr 2026

