İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib
Prezident İlham Əliyev İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib. Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri və digər şəxslərin helikopter qəzasında həlak olmasından sarsıldığını qeyd edib. Seyid İbrahim Rəisinin əziz xatirəsinin daim yaşayacağını vurğulayıb. Dünən İran Prezidenti və onu müşayiət edən heyətin hamısı Vərzəqan rayonunda helikopter qəzasında həlak olub. Həlak olanların meyitləri Təbrizə göndərilib. İranda milli matəm elan edilib. İranın Azərbaycandakı səfirliyində bayraq endirilib.
Fərid Mehdiyev