İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Bakıda Prezident İlham Əliyevin himayəsi ilə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb.İki gün davam edəcək forumda aparıcı investorlar, dövlət və beynəlxalq maliyyə qurumlarının nümayəndələri, eləcə də biznes liderləri iştirak edir.Tədbir çərçivəsində xarici şirkət və tərəfdaşlarla əməkdaşlığa dair sənədlərin imzalanması və mübadiləsi də nəzərdə tutulur.Prezident İlham Əliyev Forumun (AIIF 2026) iştirakçılarına müraciət ünvanlayıb.
25 sentyabr 2026

