İlham Əliyev Davosda bir sıra görüşlər keçirib

Prezident İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Münasibətlərin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub, əlaqələrin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident həmçinin "Brookfield Asset Management" şirkətinin prezidenti Konnor Teski ilə görüşüb. Görüş çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Brookfield Asset Management" arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya potensialı olan əsas sahələr, o cümlədən enerji keçidi və saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər sahələr üzrə imkanların araşdırılması nəzərdə tutulur. İlham Əliyev Davosda ABŞ-ın "Dell Technologies" şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald ilə də görüşüb. Görüşdə Azərbaycanda əlverişli investisiya mühiti, "Dell Technologies"in fəaliyyəti və ölkədə super kompüter mərkəzinin yaradılması müzakirə olunub. Həmçinin süni intellekt, qərar qəbuletmə, IT infrastrukturu, məlumat mərkəzləri və bulud texnologiyaları üzrə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

21 yanvar 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik