İlham Əliyev Corcia Melonini təbrik edib
Prezident İlham Əliyev "X" sosial media hesabında İtaliyanın Baş naziri Corcia Melonini ölkə tarixində ən uzun müddət bu vəzifədə çalışması münasibətilə təbrik edib.Dövlət başçısı Meloninin güclü liderliyini və siyasi qətiyyətini vurğulayıb, onun Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu yüksək qiymətləndirib, dostluq və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da dərinləşəcəyinə əminliyini ifadə edib.
04 sentyabr 2026

