İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Prezident İlham Əliyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, dövlət rəsmiləri və digər qonaqlar iştirak ediblər.Oktyabrın 11-dək davam edəcək mundialın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb. Bu, Azərbaycanın böyüklər arasında dünya çempionatlarında dördüncü qızıl medalıdır.
05 oktyabr 2026

