İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin rəhbər vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib.Görüşdə Azərbaycanla BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi arasında əməkdaşlıq və Azərbaycanın terrorçuluğa qarşı mübarizəyə qlobal töhfələri müzakirə olunub.Həmçinin Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əhəmiyyəti vurğulanıb.
26 oktyabr 2026

