İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında enerji təhlükəsizliyindən danışıb
“Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur". Bu haqda İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib. Dövlət başçısı vurğulayıb ki, bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir.
“Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq”-deyən İlham Əliyev bildirib ki, dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz.