İlham Əliyev bir sıra görüşlərdə iştirak edib

Əməkdaşlığımızı genişləndirmək üçün yaxşı imkanların mövcudluğu Prezident İlham Əliyevlə İraqlı həmkarı Əbdüllətif Camal Rəşid arasındakı görüşdə müzakirə edilib. Söhbət əsnasında dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib, ikitərəfli iqtisadi ticarət balansının genişləndirilməsinin və işgüzar dairələrin nümayəndə heyətlərinin səfərlərinin təşkil olunmasının əhəmiyyətini vurğulayıblar. Azərbaycan Prezidenti İraq dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət edib. Əbdüllətif Camal Rəşid dəvəti məmnunluqla qəbul edərək, öz növbəsində dövlətimizin başçısını İraqa səfərə dəvət edib.
Ötən il münasibətlərimizin inkişafında rekord il olub. Bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında və hətta düşünürəm ki, planlaşdırdığımızdan da böyük həcmdə yerinə yetirilir. Bunu, Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşündə deyib. "Həm sənaye kooperasiyası, həm kənd təsərrüfatı, həm şəhərsalma – bütün istiqamətlər üzrə proses qardaşlar arasında getməli olduğu kimi davam edir". Dövlətimizin başçısı həmçinin Qarabağın bərpasında iştiraka görə Özbəkistanlı həmkarına təşəkkür edib.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini qəbul edib. Görüşdə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb. Bərpaolunan enerji sahəsində “Masdar” şirkətinin ölkəmizdə həyata keçirdiyi layihənin əhəmiyyəti vurğulanıb.

Nərgiz Camalzadə

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik