Bakı və Belqrad təkcə siyasi deyil, iqtisadi və sənaye sahələrində də mühüm layihələr həyata keçirir.
Prezident İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının ilk iclasında deyib ki, enerji əməkdaşlığının qazdan elektrik istehsalına keçidlə yeni mərhələyə qədəm qoyub və Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.İclasda iki ölkənin prezidentlərinin iştirakı ilə energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlıq müzakirə olunub.Dövlət başçıları əməkdaşlığın genişləndirilməsi və konkret layihələrin hazırlanması ilə bağlı tapşırıqlar veriblər.Bakı–Belqrad aviareyslərinin may ayından başlayacağı qeyd olunub, Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının Qərarı imzalanıb.
16 fevral 2026

