İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini, bütün musiqisevərləri Milli Musiqi Günü münasibətilə təbrik edib. Məktubda deyilir ki, bu mədəniyyət bayramı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günündə təntənə ilə qeyd edilir. "Builki Milli Musiqi Günü həm də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri, görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun 90 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır. Bəstəkarın musiqinin ən müxtəlif janrlarında yaratdığı əsərlər Azərbaycan mədəniyyətinin qızıl fonduna daxildir.
Vüsalə Cənnətova