İlham Əliyev: Azərbaycan ətraf mühitin qorunmasına tam məsuliyyətlə yanaşır

Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində Azərbaycanın qlobal ekoloji gündəlikdə fəal rol oynadığını bildirib. Dövlət başçısı qeyd edib ki, ölkəmizin regionda ilk dəfə bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən siyasətə verilən yüksək qiymətin göstəricisidir. İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, biomüxtəlifliyin məhv olması, torpaqların deqradasiyası və çirklənmə kimi problemlər artıq bütün dünya üçün ciddi təhdidə çevrilib.Bu proseslər təkcə ekosistemlərə deyil, insanların sağlamlığına, həyat şəraitinə və dövlətlərin inkişafına da mənfi təsir göstərir.İlham Əliyev bildirib ki, Azərbaycanda son illər həm daşqınların, həm də quraqlığın artması müşahidə olunur. Xəzər dənizinin səviyyəsinin son iki əsrdə qeydə alınan ən aşağı həddə yaxınlaşması problemin ciddiliyini göstərir. Dövlət başçısı xatırladıb ki, “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfi 2030-cu ilə qədər Azərbaycanın əsas milli prioritetlərindən biridir. Bu istiqamətdə yaşıllıqların artırılması, su ehtiyatlarından səmərəli istifadə, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və tullantıların idarə olunması üçün müasir infrastruktur yaradılır.Prezident həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrindən danışıb. İşğaldan azad olunmuş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun layihələr icra olunur, yaşıl enerji zonaları yaradılır. İlham Əliyev qeyd edib ki, Azərbaycanda ətraf mühitin qorunmasına tam məsuliyyətlə yanaşır və ətraf mühitin mühafizəsi sahəsində genişmiqyaslı layihələr həyata keçiririk.

05 iyun 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik