İlham Əliyev Avstriya və Malayziyanın yeni səfirlərini qəbul edib
Prezident İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ettienn Berxtoldun etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini Azərbaycan dilində təqdim edib.Dövlət başçısı daha sonra Malayziyanın yeni səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.Görüşdə Azərbaycan-Malayziya əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlıq, enerji, sərmayə, turizm və təhsil sahələrində tərəfdaşlıq müzakirə olunub.Tərəflər, həmçinin viza tələbinin aradan qaldırılması və birbaşa hava əlaqəsinin yaradılması məsələlərinə toxunublar.
05 oktyabr 2026

