İlham Əliyev Ağdam rayonunda bir sıra obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər. Prezident və birinci xanım “Ağdam” qovşaq yarımstansiyasının açılışında, Ağdam şəhərində salınacaq 5-ci və 4-cü yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Prezident “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub. Ağdam şəhər Mərkəzi parkının təməli qoyulub. Azərbaycan Prezidenti həmçinin Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanış olub. Dövlət başçısı Xaçınçay su anbarını təmir-bərpadan sonra işə salıb. Ağdam rayonunun Salahlı Kəngərli və Baş Qərvənd kəndinin təməli qoyulub. Bərdə-Ağdam avtomobil yolu istifadəyə verilib.
Azad Mustafayev