İlham Əliyev: “Prezident seçkilərinin Xankəndi və Şuşada da keçirilməsi tarixi əhəmiyyət daşıyır”
Prezident İlham Əliyev fevralın 7-də prezident seçkilərinin Xankəndi və Şuşada da keçirilməsinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıdığını deyib. Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edən dövlət başçısı seçkilərin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində keçirildiyini qeyd edib. Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min və Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten də dövlət başçısının qəbulunda olub.
Fərid Mehdiyev