İlham Əliyev: “Mənfur düşmən Xocalının adını dəyişdirməyə çalışıb”
"Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır". Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbətində bildirib ki, Xocalının adını da dəyişdirməyə, hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışıblar. Dövlət başçısı cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyin xüsusi məna daşıdığını vurğulayıb. Artıq xocalılıların qayıtdığını, şəhərin də göz oxşadığını deyib.
Fərid Mehdiyev