Ölkələrimizin vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikası bərpa olunur. Hər həftə Rusiya və Azərbaycan aviadaşıyıcıları 135 reys yerinə yetirir. Bunu, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.
Regional təhlükəsizliklə bağlı məsələlər haqqında da danışılacağını vurğulayan Dövlət başçısı qeyd edib ki, 2023-cü ilin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacağını emid edir. "Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Hər halda biz, bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik". Sitatın sonu.
Nərgiz Camalzadə