İlham Əliyev: “Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır”.

“İsrafçılığa yol verilməməlidir, çalışmalıyıq ki, vəsaitə qənaət edək”. Bunu, Prezident İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Sosial infrastruktur layihələr icra ediləcək. Məktəb, uşaq bağçaları, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək.

Vəfa Şairova