İlham Əliyev: “Bizim vəzifəmiz ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qorumaqdır”

Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilən müşavirə keçirilib.
“Bizim vəzifəmiz ondan ibarətdir ki, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik”. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib. Dövlət başçısı həm Avropada, həm də Asiyada müşahidə olunan iqtisadi tənəzzülün müxtəlif obyektiv və subyektiv səbəbləri olduğunu, bu səbəbləri ekspertlərin araşdırdığını sözlərinə əlavə edib.

Vəfa Şairova