İlham Əliyev: “Birgə səylərimiz sayəsində bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb”

“Fərəhli haldır ki, regionlararası forumlar nisbətən qısa zaman kəsiyində özünün həyat qabiliyyətini və səmərəliliyini sübut edib. Bu forumlar haqlı olaraq tələbat duyulan elə məkan hesab edilir ki, orada mövqelər əlaqələndirilir, birgə fəaliyyət üçün səylər cəmləşir, işgüzar əlaqələr tənzimlənir və onların genişləndirilməsi perspektivləri müzakirə edilir”. Bunu prezident İlham Əliyev VI Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarına müraciətində deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan-Rusiya əlaqələrinin müasir vəziyyətini qiymətləndirərək məmnunluqla qeyd etmək olar ki, birgə səylərimiz sayəsində bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Rühəngiz Hacızadə