İlham Əliyev: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində fəal iş aparır”
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalanıb. Prezident İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməyə imza atıblar. Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması ölkələr arasında münasibətləri daha da gücləndirəcək. Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində də çox fəal iş aparır. Bunu isə Prezident İlham Əliyev Rumen Radevlə mətbuata bəyanatında deyib. Azərbaycan qazının Bolqarıstana ixracının, iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artdığı da diqqətə çatdırılıb.
Vüsalə Cənnətova