İlham Əliyev: “Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığı çoxşaxəlidir”
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub. Dövlətimizin başçısı Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığının çoxşaxəli olduğunu bildirib. Səfər çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Daha sonra danışıqlar təkbətək görüş əsnasında davam etdirilib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb.
Fərid Mehdiyev