İlham Əliyev: “Ənənəvi enerji mənbələri olmadan dünya növbəti illər ərzində inkişaf edə bilməz”
Cənub Qaz Dəhlizinin genişləndirilməsi elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Çünki Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında Prezident İlham Əliyev bildirib ki, bir çox ölkə təbii qazla bağlı Azərbaycana müraciət edib. Onlardan altısı artıq təbii qaz alır, bir neçəsi ilə də danışıqlar aparılır. “Avropa maliyyə təsisatları bu layihələrlə bağlı maliyyələşdirmə məsələsində real yanaşmalara əsaslanmalıdır. Ənənəvi enerji mənbələri olmadan dünya növbəti illər ərzində inkişaf edə bilməz”, - deyə dövlət başçısı qeyd edib.
Fərid Mehdiyev