Prezident İlham Əliyev Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxış edib.Dövlət başçısı bildirib ki, Azərbaycan Ermənistanla qarşılıqlı ticarətin həcminin artırılması, məhsul çeşidinin genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində işləyir. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. İlham Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 ildən çox davam edən münaqişəyə son qoyub.Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə bərpa edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icrasında BMT-nin heç bir rolu olmayıb.Prezident deyib ki, Azərbaycan bundan sonra da beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə töhfə verəcək.
01 sentyabr 2026

