İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ölkələrarası siyasi və iqtisadi əlaqələr, islam həmrəyliyi, sülh prosesi, işğaldan azad edilmiş ərazilərdə bərpa işləri müzakirə olunub, Azərbaycanın həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəklədiyi bildirilib.Dövlət başçısı 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrinin, o cümlədən İslam dininə aid abidələrin və məscidlərin dağıdıldığını, hazırda isə onların bərpa olunduğunu qeyd edib. Məhəmməd Əhməd Əl-Yammahi Fələstin məsələsində dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycanla Ermənistan arasında sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirərək dünyanın Azərbaycanın Prezidenti kimi liderlərə ehtiyacı olduğunu bildirib.

11 fevral 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik