İKT imkanları olan məktəblərdə kiçik summativ qiymətləndirmələr kompyuter üzərindən aparılır
Cari tədris ilində məktəblərdə kiçik summativ qiymətləndirmələrin rəqəmsal təşkilinə başlanılıb. Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik və bacarıqlarının artırılması, qiymətləndirmə vasitələrinin hazırlanmasında və yoxlanılmasında vaxta qənaət, texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə və kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir. Qiymətləndirmə kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdırıla bilər. Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib.