İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
2021-04-29 16:00
Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqradın müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə şəhərin mühasirəsi iştirakçılarına 750 manat birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb. Prezidentin ehtiyat fondundan 4,8 milyon manat vəsait ayrılıb. Sərəncam 6083 nəfərə şamil olunacaq.
Nərgiz Camal