İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, böyük şəhərlərə “SCUD” ballistik raketləri atılır

2020-10-29 17:01

“Xüsusilə diqqətdə olan məsələ Ermənistan tərəfindən mülki əhaliyə qarşı kasetli silahların istifadə edilməsidir. Biz həmçinin ballistik raketlərin mülki əhaliyə qarşı istifadəsini də vurğulamalıyıq”. Bunu Prezidentinin köməkçisi Hikmət Hacıyev Bərdədə diplomatik korpusun və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Avropa regionunda İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, böyük şəhərlərə “SCUD” ballistik raketləri atılır. “Gəncə şəhərində beş yüz min insan yaşayır. Bu cür cinayətlər araşdırılmalı və hesabatlar dərc olunmalıdır. Təbii ki, biz obyektiv və qərəzsiz hesabatlar gözləyirik. Sonradan bu hesabatlar beynəlxalq ictimaiyyətə təqdim oluna bilər”, - deyə Hacıyev qeyd edib. SİN Hikmət Hacıyev

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik