İkinci Dünya müharibəsi iştirakçılarına və onlara bərabər tutulan şəxslərə birdəfəlik maddi yardımlar ödənilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Prezident İlham Əliyevin 24 aprel 2026-cı il tarixli sərəncamına əsasən, Faşizm üzərində Qələbənin 81-ci ildönümü ilə əlaqədar müharibə iştirakçılarının hər birinə 2750 manat birdəfəlik yardım verilib.İkinci Dünya müharibəsi ilə bağlı müxtəlif kateqoriyalara daxil olan şəxslərə, o cümlədən arxa cəbhə əməkdaşlarına, orden və medallarla təltif olunmuşlara, Leninqradın müdafiəsi və mühasirəsi iştirakçılarına 1500 manat məbləğində yardım ödənilib.Sərəncam 13 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı olan ümumilikdə 2 minə yaxın şəxsi əhatə edib və birdəfəlik maddi yardımlar onların bank hesablarına köçürülüb.
08 may 2026

