İki qonşunun mübahisəsi qanla nəticələnib
Ucarın Küçəkənd kəndindəkeçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib. Yerli sakin, 1971-ci il təvəllüdlü Maarif Həmid oğlu Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəhim oğlu Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib. Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.