İki piyada və velosipedçi yol qəzasında həyatını itirdi
Sumqayıtda iki ayrı yol-nəqliyyat hadisəsi baş verib. 2004-cü il təvəllüdlü Əliyev Sabir Pərviz oğlunun idarə etdiyi minik avtomobili yolu keçən piyadanı vuraraq öldürüb. Digər hadisədə isə 1956-cı il təvəllüdlü Süleymanov Samir Süleyman oğlu avtomobilin vurması nəticəsində həyatını itirib.Ucarın Qazıqumlaq kəndi ərazisində hərəkətdə olan “Mercedes” 40–45 yaşlı velosipedçini vuraraq öldürüb. Faktlarla bağlı araşdırma aparılır.
05 oktyabr 2026

