İki Pakistan vətəndaşı bıçaqlanıb, Cəlilabadda isə yeniyetmə baş nahiyəsindən bıçaq xəsarətləri alıb
Abşeron rayonunun Masazır qəsəbəsində iki Pakistan vətəndaşı yaşadıqları mənzildə bıçaqlanıb. Onlardan biri yerində keçinib. Hadisəni törədən şəxs də Pakistan vətəndaşıdır və o, saxlanılıb. Cəlilabadda isə yeniyetmə baş nahiyəsindən bıçaq xəsarətləri alıb. O, Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməli törətməkdə şübhəli bilinən 18 yaşlı Alar kənd sakinini saxlanılıb. Faktlar araşdırılır.
Nərgiz Camalzadə