2021-06-02 18:09
İyunun 1-də saat 3:20 radələrində Yardımlının Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində iki nəfərin dövlət sərhədini pozaraq İrandan Azərbaycan istiqamətinə doğru hərəkət etməsi müşahidə edilib. Şəxslərdən biri, Avaş kənd sakini 1986-cı il təvəllüdlü Quliyev Mehman Valeh oğlu təqib olunaraq evinin həyətində saxlanılıb. Həmkəndlisi 1990-cı il təvəllüdlü Mayılov Rahim Abdulla oğlu ilə birgə digər həmkəndlisi Ağayev Nazim İmanali oğlunun sifarişi əsasında İrandan qızıl-zinət əşyaları gətirmək məqsədilə dövlət sərhədini pozmalarını etiraf edib. M.Quliyevin yaşadığı evə baxış keçirilərkən 10 kiloqram 790 qram qızıla bənzər zinət əşyaları aşkarlanıb. R.Mayılovun mənzilindən İrandan gətirilmiş 7050 qutu siqaret götürülüb. Qaçaqmalın sifarişçisi 1978-ci il təvəllüdlü Ağayev Nazim İmanali oğlu saxlanılıb, R.Mayılovun axtarışı davam etdirilir.
Nərgiz camal