İki güləşçimiz Avropa çempionatında finala vəsiqə qazanıb
Azərbaycanın iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib. Rəşad Məmmədov 55 kq-da yarımfinalda gürcüstanlı dünya çempionu Nuqzar Tsurtsumiaya qalib gəlib. Murad Məmmədov 63 kq-da finala gedən yolda rusiyalı Ənvər Allahyarovu xalların keyfiyyətinə görə üstələyib. İslam Abbasov ilə Beka Kandelaki bürünc medal uğrunda şansını davam etdirir.
Fərid Mehdiyev