İki futbolçu "Kəpəz" futbol klubunu tərk edib*
Əli Səmədov və Zahid Mərdanov "Kəpəz" futbol klubunu tərk ediblər. Hər iki futbolçu ilə bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Turan Tovuz" klubu isə futbolçusu İmeda Aşortia ilə yollarını ayırıb. Gürcüstanlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İ.Aşortia bu mövsümün əvvəlindən "Turan Tovuz"da oynayırdı.