İki COVİD-19 xəstəsi həbs edilib
2020-08-14 14:06
COVİD-19-a yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Salyan sakinləri Anar Vəliyev, Məmməd Ağayev, onun oğlu Elvin Ağayev və Kürdəmir sakini Gülöyşə Əhmədovanın olduqları yerlər müəyyən edilib və onlar tutulublar. Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən Anar Vəliyev və Elvin Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vüsalə Camal