İki cüdoçumuz Böyük Dəbilqə turnirində 1/4 finala yüksəlib
2020-10-23 18:09
Azərbaycanın iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində 1/4 finala yüksəlib. 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov ilk görüşündə Niderland, ardınca Gürcüstan təmsilçisindən üstün olub. Qadınların yarışında isə 52 kq-da Gültac Məmmədəliyeva ilk qarşılaşmasında monqolustanlı rəqibini məğlub etdikdən sonra növbəti görüşündə israilli cüdoçudan üstün olub və Orxan Səfərov kimi 1/4 finala yüksəlib.
Vəfa Şairova