İki boksçumuz gənclər arasındakı beynəlxalq turnirdə finala yüksəlib
Azərbaycanın iki boksçusu Macarıstanın Eqer şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə finala yüksəlib. Yarımfinal döyüşlərini Tağı Nəsibov və Abbasqulu Şadlinski qələbə ilə başa vurub. Final döyüşləri bu gün keçiriləcək.
Zülfiyyə Telmanqızı