İki boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib
Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 finala yüksəlib. Onlar - Avropa çempionu Nicat Hüseynov və Ruslan Qədirovdur. İdmançılar noyabrın 16-sı müvafiq olaraq italiyalı və Türkiyəli rəqibləri ilə üzləşəcəklər.
Nərgiz Camalzadə