İki aylıq fasilədən sonra bu gün Almaniya milli çempionatı bərpa olunur
2020-05-16 12:06
İki aylıq fasilədən sonra bu gün Almaniya milli çempionatı bərpa olunur. 26-cı turun oyunları üç gün davam edəcək. İlk maraq doğuran görüşlərindən birində "Borussiya Dortmund" öz meydanında “Şalke"ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oyundan əvvəl kollektivin foto və əlsıxması ləğv olunub. Mövsümün sonunadək bütün görüşlər azarkeşsiz keçiriləcək.
Fərid Mehdiyev