İki ay əvvəl itkin düşmüş qadının qəsdən öldürüldüyü məlum olub
Lənkəranda mart ayında itkin düşmüş Cəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub. 2003-cü il təvəllüdlü Lənkəran sakini Elvin İsmayılzadənin evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi müəyyən edilib. O, qadını öldürdükdən sonra tanışının köməkliyi ilə meyitini basdırıb. Elvin İsmayılzadə şübhəli şəxs qismində tutulub.
Azad Mustafayev