İki avtoqəzada 2 nəfər canından olub
Tərtərdə Təzəkənd kəndində Ağdam rayon sakini, 34 yaşlı Elvin Hüseynov idarə etdiyi avtomobili aşırıb. Nəticədə sürücü və sərnişin-Ağdam rayon sakini, 36 yaşlı Rövşən Aslanov xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilsələr də sərnişin orada ölüb.
Bakıda isə Asim Qurbanov idarə etdiyi maşınla piyada, Fariz Seyidovu vuraraq öldürüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.
Vüsalə Cənnətova