III qrupda ixtisasların sayının artırılması nəzərdə tutulur
2020-12-23 16:05
Gələn ildən III qrupda ixtisasların sayının artırılması nəzərdə tutulur. “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının II qrupdan çıxarılaraq sözü gedən ixtisas qrupunda yerləşdirilməsi ilə bağlı Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə hazırladığı qərar layihəsi müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.
Nərgiz Camal