III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib
Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin Tacikistan idmançılarından ibarət 60, Özbəkistan idmançılarından ibarət 15 nəfərlik heyəti Bakıya gəlib. III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.