III Beynəlxalq Xankəndi Ultramarafonuna qatılacaq ölkələrin adları müəyyənləşib
Xankəndi Ultramarafonunda 6 ölkədən 100 idmançı iştirak edəcək. Azərbaycanla yanaşı, İran, Ukrayna, Gürcüstan, Rusiya və Litva komandaları qatılacaq.192 kilometrlik Qəbələ-Xankəndi marşrutu üzrə keçiriləcək yarış dörd mərhələdən ibarət olacaq. İştirakçılar Qəbələdən Ağdaşa, daha sonra Bərdə, Ağdam və Xankəndiyə doğru hərəkət edəcəklər.Ultramarafonun əsas məqsədi sağlam həyat tərzini və qaçış idmanını təbliğ etmək, Azərbaycanın müxtəlif bölgələrini idman vasitəsilə tanıtmaqdır.Bu il üçüncü dəfə təşkil olunan Xankəndi Ultramarafonu əvvəlki iki ildə də keçirilib.
06 oktyabr 2026

