II Avropa Oyunlarında idmançılara veriləcək mükafat bəlli olub

2019-06-10 17:58

21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında medal qazanacaq idmançıların alacağı mükafat bəlli olub. 1-ci yeri tutan hər bir idmançıya 150 min manat, onun şəxsi məşqçisinə 75 min manat, 2-ci yerə sahib çıxanların hər birinə 80 min manat, şəxsi məşqçilərinə 40 min manat, bürünc medal qazanmış hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə isə 25 min manat pul mükafatı veriləcək.

Vüsalə Camal